Çempionlar Liqasında G qrupunda mübarizə aparan “Zalsburq”   “Lill”lə üz-üzə gəlib.  Hesabı 35-ci dəqiqədə meydan sahibləri açıblar. Qonaqların qapısına təyin olunan 11 metrlik zərbəni  Karim Adeyemi dəqiq yerinə yetirib. İlk hissəni minimal üstünlüklə öndə başa vuran Salzburq futbolçuları  fasilədən sonra da oyuna yaxşı başlayablar. Komanda 53-cü dəqiqədə  daha bir penalti vurmaq hüququ qazanıb. Bu dəfə də  Karim Adeyemi hədəfdən yayınmayıb.  Qonaqlar 62-ci dəqiqədə buraxılan toplarndan birinin əvəzini çıxıblar. Burak Yılmaz diqqət mərkəzinə düşüb.Qalan vaxt ərzində isə tərəflər bir neçə dəfə qapılar qarşısında təhlükəli vəziyyətlər yaratsalar da istəklərinə nail olmayıblar. Matç bu hesabla başa çatıb:  “Zalsburq” – “Lill” 2-1

Sözügedən qrupun digər görüşündə isə “Volfsburq” və “Sevilya” kollektivləri  qarşılaşıblar. İlk hissədə tərəflər çox çalışsalar da bir-birinin müqavimətini qıra bilməyiblər. Fasilədən sonra 48-ci dəqiqədə meydan sahibləri  rəqib qapısına yol tapıblar. Renato Steffen yerli azarkeşləri sevindirib. 85-ci dəqiqədə  “Volfsburq”un heyətində Jozua Qilavoqi qırmızı vərəqə ilə cəzalandırılıb. Çox keçməmiş komanda daha bir zərbə alıb. Hakim yerli komandanın qapısına penalti təyin edib.  Qonaqların heyətində isə İvan Rakitiç ələ düşən fürsətdən düzgün yararlanaıb. Bu oyunda son diqqət çəkən məqam olub:  “Volfsburq”- “Sevilya” 1:1

 Qeyd edək ki,  G qrupunda ikinci dövrədən sonra 4 xal toplayan “Zalsburq  liderdir. 2 xalı olan “Sevilya” və “Volfsburq” komandaları  müvafiq olaraq 2-3-cü pillələrdə qərarlaşıblar.  “Lill” isə 1 xalla hələlik qrup sonuncusudur.